(99412) 828 / (99412) 525 48 48

[email protected]

Məhsullar

Redrum 10 SC / 110 g/l Etoxazole / Sunset Kimya / 1 lt, lt

Əsas Məhsullar Redrum 10 SC / 110 g/l Etoxazole / Sunset Kimya / 1 lt, lt

Redrum 10 SC / 110 g/l Etoxazole / Sunset Kimya / 1 lt, lt

Qiymət: 34 ₼
DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək qarışım miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
XÜSUSİYYƏTLƏRİ: Əlaqəli təsirə malik akarisiddir. Qırmızı hörümcəklərin yumurta, sürfə və nimfalarının böyüməsinin qarşısını alır. Yetişkinlərə qarşı effektiv təsir göstərmir. Bunula birgə dərmanlamadan 3-5 gün sonra müəyyən təsir göstərməyə başlayır və 1 əy ərzində təsir gücünü qoruyub-saxlaya bilir.
ALMA - AVROPA QIRMIZI HÖRÜMÇƏYİ: May ayından başlayaraq 100 yarpaqda mütamadi olaraq aparılan sayımlarda yarpaq başına ortalama 8-10 ədəd canlı görüldüyündə dərmanlama aparılmalıdır.
POMİDOR, XİYAR və BİBƏR – QIRMIZI HÖRÜMÇƏKLƏR: Pomidor və xiyarda yarpaq başına orta hesabla 3-5 ədəd, bibərdə 1-3 ədəd canlı qırmızı hörümçək görüldüyündə dərmanlama aparılır.
PAMBIQ - QIRMIZI HÖRÜMÇƏKLƏR: Mübarizə zamanın müəyyən edilməsi üçün bitkilər 4-6 yarpaqlı olarkən yoxlamalar aparılmalıdır. Zərərli yalnız tarla kənarında və ya içində lokal olaraq yerləşərsə sadəcə bu bölgələr dərmanlamalıdır.
QARPIZ - İKİ NÖQTƏLİ HÖRÜMÇƏKLƏR: Tərəvəz bağlarında çiçəklənmə dövründə əraziyə künclərdən çarpaz daxil olaraq ilk sayımlar aparılır. 3-5 adımdan bir, bitkinin dib və orta yarpaqlarında qırmızı hörümçək nimfa və yetişkinlərinin sayı aparılır. Yarpaqlar üzərində canlı qırmızı hörümçəklər lupa ilə sayılır və qeyd edilir. Toplam qırmızı hörümçək sayı sayılan yarpaq ədədinə bölünür. Bir yarpağa düşən canlı qırmızı hörümçək sayı tapılır. Yarpaq başına 5 ədəd canlı qırmızı hörümçək tapıldığında mübarizəyə qərar verilir.
ÜZÜM - İKİ NÖQTƏLİ HÖRÜMÇƏKLƏR: Xəstəliyin yayıldığı üzüm sahələri nəzarət altında saxlanılmalıdır bir yarpaqda 5-8 ədəd zərərli tapıldığında kimyəvi mübarizə tövsiyə edilir. Birinci dərmanlamada istifadə edilən dərmanın təsir müddəti bitməsindən etibarən aparılan sayımlarda, zərərli çoxluğu artarsa ikinci dərmanlama aparılır. Məhsul yığımından əvvəl aparılan dərmanlamalarda istifadə edilən akarsidin gözləmə müddəti nəzərə alınaraq dərmanlama aparılması dayandırılır. Zərər davam edərsə məhsul yığımından sonra dərmanlama aparıla bilər.
ÇİYƏLƏK – İKİ NÖQTƏLİ QIRMIZI HÖRÜMÇƏK:
Erkən dövr dərmanlaması: Qırmızı hörümçəklərin hər il xəstəlyin olduğu çiyələk sahalərində çiçək və yaşıl meyvə dövründə (ilk yetişkin meyvələr görülməzdən əvvəl) qırmızı hörümçəklər görüldüyündə bir dərmanlama aparılmalıdır. Erkən dövr dərmanlamsı meyvələrdə qalıntı buraxmadığı baxımından daha etibarlıdır.
Mövüm ərzində dərmanlama: Erkən dövr dərmanlamsı aparılmadığı hallarda, açıq sahədə yetişdirilən çiyələklər mövsüm başında (Mart ayının sonu – Aprel ayının əvvəli) 3-5 gün aralıqlarla yoxlamalar aparılır. Qırmızı hörümçəklər çiyələkdə mövsüm başında ətrafdakı bitkilərdə müşahidə edilir. Xüsusi ilə ilk növbədə bu bitkilərin yoxlanılması və dərmanlanması kifayətdir. Xəstəliyin geniş yayıldığı hallarda sahəni əhatə edəcək şəkildə bitkinin orta və alt bölümlərində ən az 50 yarpaq yoxlanılır. Yarpaq başına 15 və daha çox qırmızı hörümçək müəyyən edilməsi halında dərmanlama aparılmasına qərar verilir. Meyvə yığımından dərhal sonra dərmanlama aparılır. Son dərmanlama ilə məhsul yığımı arasındakı müddətə diqqət edilərək məhsul yığımı edilməlidir.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
REDRUM 10 SC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup 10B olaraq sinifləşdirilmiş bir akarsiddir.Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün REDRUM 10 SC-ni eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (10B qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ: Dərmanlam üçün çox miqdarda qarışım hazırlamzdan əvvəl ön qarışım yoxlamaları aparılması tövsiyə olunur.

SUSPENSİYA KONSENTRATI (SC)
QRUPU | 10B | AKARSİD (QIRMIZI HÖRÜMÇƏK DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 110 g/L Etoxazole

• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Addımlarda nizamsızlıq, qol və ayaqlarda iflic, təngnəfəslik, gözdən yaş axması, sidik qaçırma, ishal ola bilər. Bu əlamətlər 3500 mq/kq-dan artıq doza verilən siçanlarda müşahidə olunmuşdur.

İLK YARDIM TƏDBİRLƏRİ:
Tənəffüs edilərsə: Xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa tibbi yardım çağırın və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə: Çirkli paltarları çıxarın. Təmas etmiş hissələri bol su ilə yuyun. Sonra bol su və sabun ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Gözlə ilə təmas etdikdə: Maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq ən azı 15 dəqiqə bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, çıxardın və yumağa davam edin. Qaşınma baş verərsə, tibbi yardıma müraciət edin.
Udularsa: Ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.

VAKSINİ VƏ MÜALİCƏSİ:
Xüsusi bir vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Etoxazole ve Poliarilfenol var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H410 – Ətraf mühütdə uzun müddət qalıcı və çox toksik təsirilidir.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P273 - Ətraf mühitə buraxılmasından yayının.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P391 – Töküntüləri toplayın.
P405 – Qıfıl altında saxlayın.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Dərmanı sərin, quru və yaxşı havalandırılan yerdə mühafizə edin.
• Tövsiyələrə uyğun istifadə edildikdə fitotoksik deyildir.
• Boş dərman qablarını başqa bir məqsədlərlə istifadə etməyin, qaydalara uyğun məhv edin.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Müraciət üçün aşağıdakı formanı doldurun

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri