DƏRMANIN İSTİFADƏYƏ HAZIRLANMASI:
Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.
KALİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək qarışım miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.
DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.
DƏRMANIN İSTİFADƏ QAYDASI:
PAMBIQDA İSTİFADƏSİ: Pambıqda arzu edilməyən artıq böyümənin qarşısını alar və inkişafı normallaşdırar. Pambıq sahələrində yabanı ot və zərərvericilər ilə mübarizə zamanı istifadə edilməldir.
Bitkinin normal gübrə ehtiyacları qarşılanmalıdır, normal suvarma nizamına əməl edilməlidir. Tünd-yaşıl yarpaq rəngi, düyünlərin qısalması ilə daha güclü bir bitkiyə çevrilir. Beləliklə sıra araları daha gec bağlanır. Günəş şüaları bitkiyə daha yaxşı nüfuz edər və alt budaqlardakı qozalara qədər çatar. Bitkinin alt hissələrində hava axını daha yaxşı sirkulasiya edər və bu səbəblə də qozaların çürüməsi önəmli dərəcədə azalar. Zərərvericilərə nəzarət və mübarizə daha asan və təsirli olaraq yerinə yetirilə bilər. Daha az daraq və alma tökülməsi və daha iri qozalar, qozalann daha erkən yetişməsi və daha tez məhsul yığımına səbəb olur.
SUDA HƏLL OLAN KONSENTRAT (SL)
QRUPU | --- | (BİTKİ İNKİŞAFINI TƏNZİMLƏYƏN)
TƏSİREDİCİ MADDƏSİ: 50 g/L Mepiquat chloride
• Əvvəlcə etiketdəki məlumatları oxuyun.
• Evdə istifadə etməyin.
• Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
• Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
• Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasından qoruyun.
• İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin
BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.
İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.
ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Baş ağrısı, mədə bulanması, halsızlıq müşahidə edilə bilər.
İLK YARDIM TƏDBİRLƏRİ
Tənəffüs edilərsə: Xəstəni dərmanlamış ərazidən uzaqlaşdırıb, təmiz havaya çıxardın. Nəfəs almırsa tibbi yardım çağırın və mümkünsə süni tənəffüs edin. Dərhal tibbi yardıma müraciət edin.
Dəri ilə təmas etdikdə: Çirkli paltarları çıxarın, bol su ilə yuyun və qurulayın, qaşınma olarsa dərhal tibbi yardıma müraciət edin.
Gözlə ilə təmas etdikdə: Maruz qalan gözü, göz qapaqlarını açıq şəkildə və göz qapaqlarını göz yuvasından mümkün qədər uzaqlaşdıraraq bol su ilə yuyun. Göz linzaları varsa və rahat çıxardılırsa, 1-2 dəqiqə sonra çıxardın və yumağa davam edin. Qaşınma olarsa, tibbi yardıma müraciət edin.
Udularsa: Ən yaxın səhiyyə mərkəzinə müraciət edin bu dərmanın etiketi göstərin və tibbi yardım alın. Tibbi olaraq tövsiyə edilmədikcə qusdurmayın. Xəstə huşsuz deyilsə ağzını bol miqdarda su ilə çalxalayın və bol miqdarda su içirdin. Xəstənin ümumi vəziyyətini dəyərləndirib, əlamətlərə görə müalicə tətbiq edin.
VAKSINİ VƏ MÜALİCƏSİ:
Xüsusi bir vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.
RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24
TƏRKİBİ: Dərmanın tərkibində Mepiquat chloride var.
ZƏRƏRLİLİK İŞARƏLƏRİ: Tətbiqinə ehtiyac yoxdur.
XƏBƏRDARLIQ SÖZÜ : TƏHLÜKƏ
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
Tətbiqinə ehtiyac yoxdur.
TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P102– Uşaqların əli çatmayan yerlərdə saxlayın.
P280 - Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.
İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir. Çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir. Yeraltı və yerüstü su qaynaqlarına boşaltmayın.
• Boş dərman qablarını başqa məqsədlər üçün istifadə etməyin, qaydalara uyğun məhv edin.
• Dərmanlamadan yaxşı nəticə almaq üçün, dərmanlama ilə bağlı təlimatlara əməl edin.
SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.
İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.
LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73
Ən uyğun istifadə zamanı çiçəklənmənin başlanğıcı və növbəti 2 həftəlik müddətdir. Yuxanda göstərilən dərmanlama zamanı sulama imkanlarına görə 3-5 gün əvvələ və sonraya dəyişdirilə bilər. Ümuml olaraq bir dəfədə və 1 l/ha dozada (normada) istifadə olunur, istifadə olunan sahədə anormal dərəcə vegetativ bir inkişaf olarsa, birinci dərmanlamadan 3-4 həftə sonra 0,5 l/ha dozada ikinci dərmanlama edilməsi tövsiyə olunur.
HİSSƏLİ İSTİFADƏ: Yüksək dozada bir dəfədə istifadə edilməsinin yerinə bu dozanın 3-ə və ya 4-ə bölünərək pambığın daraq dövründən etibarən aşağı dozalarda istifadəsi də mümkündür. Beləliklə daraq başlanğıcından etibarən bitkini nəzarət altına alır və daraq tökülməsini azaldır. Hissəli istifadə nəticəsində sulama imkanı məhdudiyyətli və ya plansız olan və ya çox boylanmayan pambıqlarda da istifadə edilə bilər və bitkiyə təsir faydalardan istifadə edilə bilər.
Hissəli istifadə zamanı dozalar aşağıdakı kimidir:
• 1-ci dərmanlama 0,25 L/ha (daraq başlanğıcı)
• 2-ci dərmanlama 0,25-0,5 L/ha (1-ci suvarmanın əvvəlində və ya inkişaf zəif isə suvurmadan sonra)
• 3-cü dərmanlama 0,25-0,5 L/ha (2-ci dərmanlamadan 7-14 gün sonra və ya 2-ci suvarma dövründə)
• 4-cü dərmanlama 0,25 l/ha (Pambıqda böyümə davam edirsə istifadə edilməlidir)
Yer alətləri ilə hər hektara ən az 200 l su istifadə ediməlidir və dərmanlama zamanı zərərvericilə qarşı dərmanlama zamanına təsadüf edirsə, zərərvericilər qarşı dərmanlarla istifadə edilə bilər.
SOĞAN VƏ SARMISAQDA İSTİFADƏSİ: Soğan və sarmısaqda məhsuldarlığı artırar. Toxumdan baş soğan yetişdirilirsə ən uyğun istifadə zamanı əkindən 3-3,5 ay sonradır. Bu dövrdə soğan adətən 4-5 yarpaqlı olub, 20-25 sm boyunda olur və baş bağlamağa başlayır. Arpacıqdan baş soğan yetişdirilirsə, dərmanın istifadə zamanı əkindən təqribi olaraq 2,5 ay sonradır. Bu dərmanın sarımsaqda istifadəsi arpacıq soğanında olduğu kimidir. İstər soğanda, istərsə də sarımsaqda diqqət ediləcək məqam dərmanın baş bağlama prosesinin əvvəlində istifadə olunmasıdır.
YERFINDIĞINDA İSTİFADƏSİ: Yer fındığında məhsuldarlığı artırar. Təcrübələr sübut edir ki, məhsuldarlıq %25-30 artım göstərir. Yer fındığında çiçəklənmənin başlanğıcı ilə çiçək dövrü arasında istifadə edilə bilər. Ən yaxşı nəticə tam çiçəklənmə dövründə aparılan dərmanlamalardan alınmışdır. Yerfındığında bir dəfədə və 1,5 l/ha dozada istifadə edilir.
DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
ZEY-BACK adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə bir bitki inkişafını tənzimləyəndir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün ZEY-BACK eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (-- qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.
QARIŞDIRILMA ŞƏRTLƏRİ: Digər dərmanlarla qarışdırılaraq istifadə edilməsi tövsiyə edilmir.