Fe 130 q / 1 kq
MIKROXELAT Fe-13, hər kiloqramında 130 q Fe Dəmir var. Dəmir EDTA tərəfindən tam xelatlandırılır. Xelat şəklində olan Dəmir sürətlə əmilir, nəql edilir və bitkilər tərəfindən assimilyasiya edilir.
MİKROXELAT Fe-13 üzvi(orqanik) əkinçilikdə istifadə üçün sertifikatlaşdırılmışdır. Bu maddə Dəmirə tələbi olan bitkilər üçün yəni sorqum, paxlalılar, soya fasulyesi, fıstıq, çuğundur, kələm, brokoli, gül kələm, ispanaq, pomidor, bibər, sitrus, çiyələk, turşu sevər bitkilərdə istifadə olunur. Torpaqda bitki üçün lazım olan Dəmir mövcudluğu məhdudlaşarsa (yüksək pH, yüksək fosfor miqdarı, kök zonasında oksigen olmaması) istifadəsi tövsiyə olunur.