(99412) 828 / (99412) 525 48 48

[email protected]

Xəbərlər

4 azot sizdən, 1-i bizdən!

Əsas Xəbərlər 4 azot sizdən, 1-i bizdən!
02İyun

4 azot sizdən, 1-i bizdən!

4 azot sizdən, 1-i bizdən!  Adlı sosial aksiyaya start verildi.

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC kiçik əkin sahəsi olan pambıqçı fermerlərə dəstək məqsədi ilə növbəti sosial aksiyaya start vermişdir. Aksiyanın şərtlərinə əsasən əkin sahəsi 5 hektara qədər olan fermerlər 200 kq (4 kisə) azot gübrəsini fermer kartları vasitəsilə dövlət subsidiyası hesabına aldıqları təqdirdə 50 kq (1 kisə) azot gübrəsi fermerə şirkət tərəfindən hədiyyə edilir. Keçirilən aksiyanın məqsədi kiçik fermerləri daha çöx gübrə istifadə etməyə təşviq etməklə, əkin sahələrinin məhsuldarlığının artırılmasına dəstək olmaqdır. Aksiyadan yalnız “Fermer Kartı” olan  və əkin sahəsi 5 hektara qədər olan fermerlər yararlana bilərlər.  Fermerlər şəxsiyyət vəsiqəsi və fermer kartı ilə şirkətin bölgələrdə olan satış nöqtələrinə gəlməklə gübrələri əldə edə bilərlər. 

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC bütün fermerlərə səslənərək xatırladır ki, dövlət Fermer Kartını fermerlərimizə toxum, pestisid və gübrə almaq üçün verir. Fermerlərdən xahiş edilir ki, fermer kartlarını kənar şəxslərə verməsinlər və təyinatı üzrə   gübrə, pestisid, toxum almağa istifadə etsinlər. 

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC 2019-cu ildəPrezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən gübrə, toxum və digər aqrokimyəvi maddələr bazarının liberallaşdırılmasından sonra yaradılmışdır. Şirkət regionlarda olan 100 dən çox satış nöqtələri və səyyar satış qrupları vasitəsilə fermerləri gübrə, toxum və aqrokimyəvi məhsullarla təchiz edir.

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri