(99412) 828 / (99412) 525 48 48

[email protected]

Xəbərlər

5-ci “Fərqli Fərdlər” konqresi keçirildi.

Əsas Xəbərlər 5-ci “Fərqli Fərdlər” konqresi keçirildi.
30Mart

5-ci “Fərqli Fərdlər” konqresi keçirildi.

Bakı şəhərində fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş 5-ci “Fərqli Fərdlər” konqresi keçirilmişdir.
 
"Aqrar İnnovasiya və Təchizat Şirkətinə" məxsus "gubre.az" aqrar ticarət şəbəkəsi də bu konqresdə sponsor olaraq iştirak etmişdir.
 
Tədbirdə tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, Azərbaycan, ABŞ, İsrail, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər iştirak etmişdir.
 
Konqresdə müxtəlif mövzular, o cümlədən erkən yaşlarda gündəlik bacarıqların inkişafı proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunmuşdur.
 
"Aqrar İnnovasiya və Təchizat Şirkəti" olaraq biz öz sosial məsuliyyətimizi dərk edir və hesab edirik ki, istər vətəndaşlar, istərsə də müxtəlif təşkilatlar və özəl biznes xüsusi qayğıya ehtiyacı olan fərdlərə öz dəstəyini göstərməlidir. Bu bizim fundamental vətəndaşlıq borclarımızdan biridir. Biz bundan sonra da müvafiq layihələrə dəstək olmağa davam edəcəyik.
 
 
 
 
 

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri