(99412) 828 / (99412) 525 48 48

[email protected]

Xəbərlər

Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib

Əsas Xəbərlər Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib
23May

Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib

17-19 May 2023-cü il tarixlərində Bakıda 16-cı “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisi baş tutub. Regionun ən böyük kənd təsərrüfatı hadisələrindən biri olan bu tədbir müxtəlif ölkələrdən olan ixracatçılar və idxalatçılar, kənd təsərrüfatı istehsal vasitələrinin istehsalçıları, distribütorlar, topdan və pərakəndə satış şirkətləri, əkinçi şirkətlər və fermerlərin ənənəvi görüş yerinə çevrilib. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumlar, tinglər, texnikalar, müasir suvarma sistemləri və s. nümayiş olunub.

Bu ilki sərgidə rekord sayda iştirakçı qeydə alınıb. Belə ki, milli, regional və fərdi stendləri ilə 31 ölkədən 479 şirkət sərgidə təmsil olunub. Bu da öz növbəsində həm Azərbaycanda kənd təsərrüfatı sektrounun sürətli inkişafının, həm də xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin ölkəmizin kənd təsərrüfatı sektoruna olan marağının bariz göstəicilərindən biridir.

Sərgidə ölkəmizdə 200-dən çox mağazadan ibarət geniş satış şəbəkəsi, 300-dən çox çeşidi və 50-dən çox markası ilə fermerlərimizə Azərbaycanın əksər bölgələrində xidmət edən gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunub. Qeyd edək ki, gubre.az eyni zamanda “Caspian Agro” sərgisinin sponsoru idi.

"Ağıllı kənd təsərrüfatı" şüarı altında keçirilən bu ilki sərgidə şirkətin stendində fermerlərə çox sayda yeni çeşidlər də təqdim edilib. Belə ki, ənənəvi dənli və texniki bitki toxumları, torpaq və şumaltı gübrələr, bitki qoruma vasitələrinin çeşidliliyinin artırılması ilə yanaşı, gubre.az satış şəbəkəsi öz məhsul portfelinə həm də yüksək effektivliyə malik üzvi gübrələri, biopestisidləri, torpaq tənzimləyicilərini, bağ-bostan bitkiləri toxumlarını və digər müasir aqrokimyəvi vasitələri də əlavə edib.

Bilindiyi kimi gubre.az "Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC-yə məxsusdur. Şirkət 2019-cu ildə təsis edilmiş və qısa müddətdə fermerlərə və əkinçilik şirkətlərinə, demək olar ki, bütün ölkə ərazisində xidmət göstərən etibarlı tərəfdaşa çevrilmişdir.

Satış nöqtələrində toxum və aqrokimyəvi vasitələri fermerlər həm də subsidiya kartları vasitəsilə əldə edə bilər. Fermerlər eyni zamanda 828 qısa nömrəsinə zəng edərək və ya www.gubre.az vebsaytı vasitəsilə də gubre.az satış nöqtələrindən toxum, gübrə və pestisid sifariş edə, məlumat və ya aqronom dəstəyi əldə edə bilərlər.

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri