“Toxum dövlətdən, Gübrə şirkətdən” - Fermerlər üçün sosial aksiyaya start verildi
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC pambıqçı fermerlər üçün Toxum dövlətdən, Gübrə şirkətdən sosial akisyasına start vermişdir. Aksiyanın şərtlərinə görə, pambıq əkini sahəsi 5 hektara qədər olan kiçik pambıqçı fermerlərə, əkilməsi planlaşdırılan hər 1 hektar pambıq sahəsi üçün 25 kq pambıq toxumunun 100%-ni fermer kartları vasitəsilə dövlətin verdiyi subsidiya hesabına alan fermerlərə, şirkət tərəfindən 100 kq Azot gübrəsi hədiyyə verilir. Keçirilən aksiyanın məqsədi ölkədə pambıqçılığın inkişafında böyük rol oynayan kiçik pambıqçı fermerlərin inkişafına dəstək olmaqdır.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən gübrə, toxum və digər aqrokimyəvi maddələr bazarının liberallaşdırılmasından sonra yaradılmışdır. Şirkət regionlarda olan satış nöqtələri və səyyar satış qrupları vasitəsilə fermerləri gübrə, toxum və aqrokimyəvi məhsullarla təchiz edir.